Sabah 6 rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah 6 rayonun qaz təchizatında məhdudiyyətlər olacaq Abşeron, Hacıqabul, Siyəzən və Qazax magistral qaz kəmərləri sahələrində təmir işləri aparılacaq
Energetika
6 Oktyabr , 2015 19:13
Sabah 6 rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 6 oktyabr. REPORT.AZ/ Sabah saat 10:00-dan 18:00-dək Qaz İxrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Təzə Qanlı Göl”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Muğan”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Quba” və “Xaçmaz”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Xoşbulaq” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında təmir işləri aparılacaq.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir müddətində Hacıqabul rayonunun Muğan və Udulu, eyni zamanda Daşkəsən rayonunun Xoşbulaq kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhərinin Yasamal və Səbail rayonlarının, eləcə də Quba və Xaçmaz rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.                               

Son xəbərlər

Orphus sistemi