Sabah 9 rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah 9 rayonun qaz təchizatında məhdudiyyətlər olacaq ​Abşeron, Binəqədi, Xəzər, Sabunçu, Suraxanı, həmçinin Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq
Energetika
4 Fevral , 2016 20:48
Sabah 9 rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 4 fevral. REPORT.AZ/ Sabah Abşeron, Binəqədi, Xəzər, Sabunçu, Suraxanı, həmçinin Hacıqabul, Şabran, Sabirabad və Lənkəran rayonlarınin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə "Report"a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Məlumatda bildirilir ki, Bakı Regional Qaz İstismarı Departamentinin tabeçiliyində olan inzibati rayonların ərazilərindəki qaz xətlərində aşkar olunmuş qaz sızmalarının ləğvi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə fevralın 5-də saat 09:30-dan işlər yekunlaşanadək Abşeron rayonu Xırdalan şəhərının bir hissəsi və Qobu, Güzdək, Hökməli qəsəbəsi ərazilərində, Binəqədi rayonunun Binəqədi, Biləcərı, Sulutəpə və Çiçək qəsəbəsi ərazilərində, Xəzər rayonunun Mərdəkan, Zirə və Şüvalan qəsəbəsi ərazilərində, Sabunçu rayonunun Pirşağı və Nardaran qəsəbələrində, Suraxanı rayonunun Hövsan kənd ərazisi və Bülbülə qəsəbəsində, həmçinin saat 10:00-dan 17:00-dək Hacıqabul,Sabirabad və Şabran rayonlarının, saat 10:00-dan 16:00-dək isə Lənkəran rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

*** 18:44

Fevralın 5-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Laçın qaçqınları”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Sığırlı”, Astara magistral qaz kəmərləri sahəsinin “İmişli”, “Axundov”, “Saatlı”, “Qaracalar” və “Otuzikilər” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, təmir müddətində Kürdəmir rayonunun Sığırlı, Şohralı və Ərəbqubalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Laçın qaçqınları şəhərciyi, eyni zamanda, İmişli, Saatlı və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 

Son xəbərlər

Orphus sistemi