Saatlıda daş hasar aşdı, qaz xətti zədələndi

Saatlıda daş hasar aşdı, qaz xətti zədələndi Hadisənin fəsadlarının aradan qaldırılması üçün Salyan Regional Qaz İstismarı İdarəsi müvafiq tədbirləri icra edir.
Energetika
15 Dekabr , 2020 20:53
Saatlıda daş hasar aşdı, qaz xətti zədələndi

Dekabrın 15-i axşam saatlarında Saatlı rayonu, H.Əliyev prospektində diametri 76 mm olan qaz xətti daş hasarın aşması nəticəsində zədələnib.

"Azəriqaz"dan "Report"a verilən məlumata görə, nəticədə 80 fərdi yaşayış evinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Bir qədər sonra hələlik 70 abonentin qaz təminatını bərpa etmək mümkün olub. Bundan başqa, 4 qaz sayğacı yararsız vəziyyətə düşüb.

Hadisənin fəsadlarının aradan qaldırılması üçün Salyan Regional Qaz İstismarı İdarəsi müvafiq tədbirləri icra edir.

Son xəbərlər

Orphus sistemi