Saatlı rayonunun daha 2 kəndinə təbii qaz verilib

Saatlı rayonunun daha 2 kəndinə təbii qaz verilib Hazırda Saatlı rayonunun Sarıcalar və Qara Nuru kəndlərində tikinti quraşdırma işləri davam etdirilir
Energetika
120
12 Aprel , 2017 16:07
Saatlı rayonunun daha 2 kəndinə təbii qaz verilib

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün Saatlı rayonunun Məmmədabad və Qazanbatan kəndlərinə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

“Report”a “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 289 abonenti olan Məmmədabad kəndinin qazlaşdırılması üçün, birpilləli sistem əsasında ümumi uzunluğu 5 921 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 24 921 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.

200 abonenti olan Qazanbatan kəndinin qazlaşdırılması üçün isə,birpilləli sistem əsasında ümumi uzunluğu 3 442 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 14 148 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 200 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Saatlı rayonunun Sarıcalar və Qara Nuru kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.