​Saatlı, İmişli və İsmayıllı rayonlarının 3 kəndinə qaz verilib

​Saatlı, İmişli və İsmayıllı rayonlarının 3 kəndinə qaz verilib Ümumilikdə, 3 kəndin 674 abonenti təbii qazla təmin olunub
Energetika
29 Sentyabr , 2015 17:26
​Saatlı, İmişli və İsmayıllı rayonlarının 3 kəndinə qaz verilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün Saatlı rayonunun Günəşli, İmişli rayonunun Qaragüvəndikili və İsmayıllı rayonunun Xanagah kəndlərinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, 3 kəndin ümumilikdə 674 abonent təbii qazla təmin olunub.

Qaz verilişi münasibətilə keçirilən tədbirdə bildirilib ki, 245 abonenti olan Saatlı rayonunun Günəşli kəndinin ilk dəfə olaraq qazlaşdırılması üçün ümumilikdə 24 km-dən artıq müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, 245 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

255 abonenti olan İmişli rayonunun Qaragüvəndikili kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 1 081 metr uzunluğunda polietilen və 26 012 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.

İsmayıllı rayonunun Xanagah kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 9 205 metr uzunluğunda müxtəlif diametrli metal boru xətləri çəkilib, ümumilikdə 174 ədəd olmaqla hər bir abonent sayğac və fərdi tənzimləyici ilə təmin olunub.

Son xəbərlər

Orphus sistemi