​"S&P" TAP layihəsinə görə Albaniyanın reytinqini yüksəldib

​"S&P" TAP layihəsinə görə Albaniyanın reytinqini yüksəldib Albaniyanın proqnozu "müsbət" (pozitiv) kimi dəyərləndirilib
Energetika
12 Oktyabr , 2015 16:56
​S&P TAP layihəsinə görə Albaniyanın reytinqini yüksəldib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Albaniyaya 2016-2018-ci illərdə Birbaşa Xarici İnvestisiyalar (FDI) hidroenerji sahəsində Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinə görə xərclənəcək. "Report" xəbər verir ki, bu fikirlər "Standart&Poor's" Reytinq Agentliyinin Albaniyanın kredit reytinqi ilə bağlı açıqladığı proqnozunda yer alıb.

"S&P" Albaniyanın kredit reytinqini "B/B" kimi təsdiq edib və proqnozunu isə TAP layihəsi çərçivəsində ölkəyə FDI-ın planlaşdırılan həcminə görə "müsbət" (pozitiv) kimi dəyərləndirib.

Qeyd edək ki, agentlik 2016-cı ildən etibarən Albaniyaya daxil olacaq FDI-ın həcminin artacağını və növbəti bir neçə il üçün Yunanıstanda işləyən albaniyalıların köçürəcəkləri vəsaitin ümumi daxili məhsulun (ÜDM) həcminin 7%-ə bərabər olacağını proqnozlaşdırdıqlarını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi