​"S&P" neft şirkətlərinin iflası barədə xəbərdarlıq edib

​"S&P" neft şirkətlərinin iflası barədə xəbərdarlıq edib Energetika sektorunda iflaslar maliyyə sektorunu ötüb
Energetika
21 May , 2016 11:57
​S&P neft şirkətlərinin iflası barədə xəbərdarlıq edib

Bakı. 21 may. REPORT.AZ/ Son bir həftədə bu il rekord həddə - 10 korporasiya iflas etdiyini bildirib ki, bunun 8-i energetika sektoruna aid olub. "Report"un "Standard & Poor's" beynəlxalq reytinq agentliyinə istinadən verdiyi xəbərə görə, yaxın zamanda xüsusilə neft sektorunda iflas edən şirkətlərin sayının artması gözlənilir. 

Agentliyin hesabatında 2017-ci ilin mart ayına qədər ABŞ-da öhdəliklərini yerinə yetirə bilməyən şirkətlərin borclarının həcminin 5,3%-ə yüksəlməsi gözlənilir ki, bunun da əsas hissəsini neft-qaz şirkətləri təşkil edəcək. Qeyd edək ki, 2016-cı ilin martında ödəliklərini yerinə yetirə bilməyən şirkətlərin borclarının həcmi 3,8% olub. 

"Aşağı neft qiymətləri, Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırması və qlobal bazarlarda qeyri-sabit vəziyyət yaxın 12 ayda daha çox şirkətin iflas etməsinə gətirib çıxaracaq", - deyə "S&P"-nin hesabatında qeyd olunub. Son bir həftədə iflas edən korporasiyalardan 8-i ABŞ-da fəaliyyət göstərib. İlin əvvəlindən isə energetika sektoruna aid olan 29 korporasiya iflas edib. 

"S&P" həmçinin qeyd edir ki, neft böhranı başlayandan energetika sektorundakı iflaslar maliyyə sektorunu ötüb. May ayının ortalarına olan məlumata əsasən, iflas etmək astanasında olan şirkətlərin sayı energetika sektorunda 60, maliyyə sektorunda isə 29 olub. Ümumiyyətlə, ilin əvəlindən 72 iflas faktı qeydə alınıb ki, bu da 2009-cu ildən etibarən rekord göstəricidir. Qeyd edək ki, Agentlik 113 korporasiyanın iflas etdiyini bildirir.

Son xəbərlər

Orphus sistemi