"S&P" bu il neftin qiymətinə dair proqnozunu 5 dollar artırıb

"S&P" bu il neftin qiymətinə dair proqnozunu 5 dollar artırıb Bakı. 20 yanvar. REPORT.AZ/ Standard Poor's (SP) beynəlxalq reytinq agentliyi 2018-ci ildə Brent markalı neftin qiymətinə dair proqnozunu 5 dollar/barel artıraraq 60 dollar/barelə çatdırıb. 
Energetika
20 Yanvar , 2018 17:34
S&P bu il neftin qiymətinə dair proqnozunu 5 dollar artırıb

Bakı. 20 yanvar. REPORT.AZ/ "Standard & Poor's" ("S&P") beynəlxalq reytinq agentliyi 2018-ci ildə "Brent" markalı neftin qiymətinə dair proqnozunu 5 dollar/barel artıraraq 60 dollar/barelə çatdırıb. 

"Report" xəbər verir ki, agentlik WTI markalı neftin qiyməti üçün proqnozunu isə 50 dollar/bareldən 55 dollar/barelə çatdırıb.

"S&P" bəyan edib ki, bu ilin I yarısında qlobal neft bazarında təklif, əsasən, tələbə uyğun olacaq. Bununla yanaşı, agentliyin analitikləri bildirib ki, neftin çatdırılmasında yarana biləcək mümkün problemlər qısamüddətli perspektivdə qiymətləri artıracaq. 

Qeyd edək ki, agentlik 2019-2020-ci illər üçün "Brent" markalı neftin orta qiyməti üçün proqnozunu dəyişməyərək 55 dollar/barel səviyyəsində saxlayıb. 

Son xəbərlər

Orphus sistemi