"S&P": "2027-ci ilədək Azərbaycanın xalis beynəlxalq investisiya mövqeyi ÜDM-in 65 %-ni təşkil edəcək"

"S&P": "2027-ci ilədək Azərbaycanın xalis beynəlxalq investisiya mövqeyi ÜDM-in 65 %-ni təşkil edəcək" Azərbaycanın xarici likvid aktivləri xarici borclarını üstələyir, xalis beynəlxalq investisiya mövqeyi isə 2023-2026-cı illərdə ÜDM-in orta hesabla 65%-ni təşkil edəcək.
Energetika
10 İyun , 2023 13:40
S&P: 2027-ci ilədək Azərbaycanın xalis beynəlxalq investisiya mövqeyi ÜDM-in 65 %-ni təşkil edəcək

Azərbaycanın xarici likvid aktivləri xarici borclarını üstələyir, xalis beynəlxalq investisiya mövqeyi isə 2023-2026-cı illərdə ÜDM-in orta hesabla 65 %-ni təşkil edəcək.

“Report” bu barədə “S&P Global Ratings”ə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan potensial ticarət şərtləri dəyişkənliyinə qarşı həssas olaraq qalsa da, onun xalis xarici aktivlərdəki böyük mövqeyi iqtisadi tsikllərin daxili iqtisadi inkişafa potensial mənfi təsirini azalda biləcək bufer rolunu oynayacaq.

“Neftin qiyməti və hasilatı ilə bağlı proqnozlarımıza əsaslanaraq, Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin 2022-ci ildə qeydə alınmış və son 10 ildəki ən yüksək göstərici olan ÜDM-in 30 %-i səviyyəsindən aşağı düşərək 2023-2026-cı illərdə ÜDM-in orta hesabla 15 %-ni təşkil edəcəyini gözləyirik”, - agentlik qeyd edib.

"S&P" analitiklərinin fikrincə, Azərbaycanın xarici aktivlər üzrə güclü mövqeyi Dövlət Neft Fondunda toplanmış külli miqdarda xarici aktivləri ilə dəstəklənməklə onun reytinqinin əsas gücü olaraq qalacaq.

Son xəbərlər

Orphus sistemi