Səudiyyə Ərəbistanı OPEC-in neft hasilatının azaldılması ilə bağlı qərarını uzatmayacaq

Səudiyyə Ərəbistanı OPEC-in neft hasilatının azaldılması ilə bağlı qərarını uzatmayacaq ABŞ-da gündəlik neft hasilatı bu il 660 min barel arta bilər
Energetika
10 Mart , 2017 15:33
Səudiyyə Ərəbistanı OPEC-in neft hasilatının azaldılması ilə bağlı qərarını uzatmayacaq
Courtesy İmage

Bakı. 10 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanı ABŞ-ın şist neft hasilatçısı şirkətlərinə müraciət edib. "Report" "İnvesting.ru" saytına istinadən xəbər verir ki, ABŞ-ın Hyuston şəhərində keçirilən "CERAWeek" konfransında çıxış edən S.Ərəbistanı rəsmiləri bildiriblər ki, şist neft hasilatındakı artımı dəstəkləməmək üçün onlar noyabrın 30-da Vyanada qəbul edilən OPEC və kartelə üzv olmayan ölkələrin hasilatı azaltmaq barədə qərarını uzatmayacaqlar. Qeyd edək ki, mövcud qərar 6 aylıq müddətə qəbul edilib və onun vaxtı iyun 30-da bitir.

Bununla yanaşı, konfransda OPEC sədri Məhəmməd Barkindonun hedc fondlar və şist neft hasilatçısı şirkətləri ilə görüşü keçirilib. Görüşdə hasilatın azaldılması məsələsi müzakirə olunub. Xatırladaq ki, bu həftə açıqlanan ABŞ neft ehtiyatları göstəricisinə əsasən, son 35 ilin maksimal artımı qeydə alınıb. Treyderlər ABŞ, Kanada və Braziliyada müşahidə olunan neft ehtiyatları və hasilat artımını OPEC və qeyri-OPEC ölkələrinin azaltdığı həcmdən daha çox olacağından ehtiyat edir. Analitiklər ABŞ-da bu il gündəlik neft hasilatının 330-660 min barel arta biləcəyini ehtimal edirlər.

Son xəbərlər

Orphus sistemi