Yuxarı

​Rusiya Ukraynaya güzəşt etməyə hazırdır

Vladimir Putin 2019-cu ildən sonra da Ukraynadan qaz tranzitini davam etdirmək üçün Qazproma danışıqlar aparmaq göstərişi verib

Bakı. 27 iyun. REPORT.AZ/ Rəsmi Moskva 2019-cu ildən sonra Ukraynadan tranzit qaz ixracını dayandırmaq qərarından vaz keçib. "Qazprom" rəhbəri Aleksandr Miller açıqlamasında Rusiya prezidenti Vladimir Putinin ona, 2019-cu ildən sonra da Ukraynadan qaz tranzitini davam etdirmək üçün danışıqlar aparmaq göstərişi verib.

"Report" xəbər verir ki, Ukrayna tərəfi öz növbəsində 2019-cu ildə yenilənəcək kontraktda tranzitdən əldə olunan mənfəəti hər 1 000 kubmetr qaz üçün 5 dollara yüksəltmək istəyir. Qeyd edək ki, hazırda Ukraynanın Rusiya qazının tranzitindən mənfəəti 2,7 dollar/1 000 kubmetr təşkil edir. "Qazprom" rəhbərliyi isə bu şərtin qəbulunun imkansız olduğunu bildirib.

Yaz aylarında Miller "Türk axını" xəttinin inşası hesabına Ukrayna üzərindən tranziti tam dayandıracaqlarını bildirmişdir. Bunu Rusiyanın energetika naziri Aleksandr Novak da təsdiq edib. Hətta iyunun 9 -da "Qazprom"un sədr müavini Aleksandr Medvedev jurnalistlərə verdiyi müsahibədə Ukraynadan tranzitə 2019-cu ildən sonra davam etməyəcəklərini vurğulayıb.

Artıq Rusiya tərəfi 2019-cu ildən sonrakı dövr üçün kontrakt şərtlərini müzakirə etməyə hazır olduğunu bildirib. Bunun bağlı, yaxın günlərdə Rusiya-Ukrayna-Avropa İttifaqı (Aİ) formatında üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulub.

Analitiklərin fikrincə, bu qərar Rusiyanın son vaxtlar "Türk axını" layihəsinə inamının itməsindən irəli gələ bilər. Ən azı, layihə həyata keçsə də 2019-cu ilə qədər onun icrası inandırıcı görünmür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi