Bakı. 1 oktyabr. REPORT.AZ/ Sentyabr ayında Rusiya gündəlik neft hasilatının həcmini 1,549 mln. tona, yaxud 11,35 mln. barelə qədər artırıb.
“Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu göstərici neft hasilatının məhdudlaşdırılması ilə bağlı OPEC və qeyri-OPEC razılaşması çərçivəsində Rusiyanın qəbul etdiyi öhdəlikdən 400 min bareldən artıq çoxdur.
Rusiyada bu ilin avqust ayı ilə müqayisədə ötən ay neft hasilatının həcmi 1,56% artıb. Sentyabr ayı ərzində hasilat tədricən artıb və ayın sonunda gündəlik hasilat göstəricisi 11,42 mln. barelə çatıb.