Rusiyanın energetika naziri Nigeriyalı həmkarı ilə xüsusi görüş planlaşdırmır

Rusiyanın energetika naziri Nigeriyalı həmkarı ilə xüsusi görüş planlaşdırmır Nigeriyanın neft naziri Rusiya və Səudiyyə Ərəbistanın nazirləri ilə görüşəcəyini qeyd etmişdi
Energetika
15 İyul , 2017 17:36
Rusiyanın energetika naziri Nigeriyalı həmkarı ilə xüsusi görüş planlaşdırmır

Bakı. 15 iyul. REPORT.AZ/ Rusiyanın energetika naziri Aleksandr Novak və Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikvu arasında ayrıca görüş keçirilməsi planlaşdırılmır.

“Report” “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, A Novak iyulun 24-də OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin iclasında  yalnız Monitorinq komitəsində görüş olacağını qeyd edib.

Qeyd edək ki, Nigeriyanın neft naziri “Bloomberg” agentliyinə bildirib ki, iyulun 24-də keçiriləcək OPEC və təşkilata üzv olmayan ölkələrin iclasına qatılmayacaq. Bununla belə o, Rusiya və Səudiyyə Ərəbistanın nazirləri ilə görüşəcəyini qeyd etmişdi.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində kartelin üzv və qeyri-üzv dövlətləri arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.

Nigeriya OPEC+ anlaşmasında istisna ölkə kimi qəbul edilib. Onun neft hasilatını artırmasına və ölkənin normal zamanlardakı hasilat səviyyəsinə çatdırılmasına icazə verilib.

Son xəbərlər

Orphus sistemi