Rusiyanın energetika naziri: "Neftin qiyməti, çətin ki, 3 il əvvəlki səviyyəyə qayıtsın"

Rusiyanın energetika naziri: "Neftin qiyməti, çətin ki, 3 il əvvəlki səviyyəyə qayıtsın" Bakı. 24 yanvar. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti, çətin ki, 3 il əvvəlki səviyyəyə qayıtsın. 
Energetika
24 Yanvar , 2018 16:33
Rusiyanın energetika naziri: Neftin qiyməti, çətin ki, 3 il əvvəlki səviyyəyə qayıtsın

Bakı. 24 yanvar. REPORT.AZ/ "Dünya bazarında neftin qiyməti, çətin ki, 3 il əvvəlki səviyyəyə qayıtsın". 

"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib. 

"Hazırki qiymətlər neft bazarının fundamental amillərinə əsaslanır. 60 dollar/barel səviyyəsi neft bazarını obyektiv şəkildə əks etdirir. Cari proqnozlar bir il əvvələ nəzərən daha nikbindir. O zaman qiymətləri 50-55 dollar/barel səviyyəsində olacağı ehtimal edilirdi", - deyə o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi