Bakı. 25 may. REPORT.AZ/ Rusiya energetika naziri Aleksandr Novak bəyan edib ki, dünyada neftin kommersiya ehtiyatları sıfıra yaxındır.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu barədə Sankt-Peterbuqda keçirilən Beynəlxalq İqtisadi Forumunda danışıb.
Nazir deyib ki, ötən il neft ehtiyatlarının həcmi 5 il bundan əvvəllə müqayisədə 323 mln. barel çox idisə, hazırda 20 mln. barel azdır.
Bundan başqa, onun sözlərinə görə, OPEK+ razılaşması neft bazarının məhsul artıqlığından qurtulmasına kömək edib.