Yuxarı
    Bağlamaq

    Rusiyanın baş nazirinin müavini: "Neftin qiyməti yaxın perspektivdə 60-70 dollar/barel olacaq"

    Bakı. 16 fevral. REPORT.AZ/ "Dünya bazarında neftin qiymətinin yaxın perspektivdə 60-70 dollar/barel olacağı istisna deyil". 

    "Report" xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Arkadiy Dvorkoviç deyib. 

    "Ekspertlərin proqnozları 40-70 dollar/barel arasında dəyişir. Lakin Rusiyanın OPEC+ ölkələri ilə koordinasiya edilmiş addımları qiymətlərin 60-70 dollar/bareldə qalacağını ehtimal etməyə əsas verir", - deyə o qeyd edib. 

    Rusiya hökumətinin rəsmisi həmçinin deyib ki, yeni texnologiyalara, xüsusilə də ABŞ-da şist neft hasilatının inkişafına diqqət yetirmək lazımdır: "Hazırkı texnoloji inkişaf mərhələsində bu qiymətlərlə qənaətlənmək olar. Amma gələcəkdə texnoloji inkişafın neft hasilatının maya dəyərini aşağı salması qiymət diapazonunu azalda bilər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi