Rusiyada benzin alışı kəskin azalıb

Rusiyada benzin alışı kəskin azalıb Rusiyalılar özünütəcrid müddətində benzin alışını üçdə bir dəfə azaldıblar.
Energetika
24 Aprel , 2020 11:54
Rusiyada benzin alışı kəskin azalıb

Rusiyalılar özünütəcrid müddətində benzin alışını üçdə bir dəfə azaldıblar.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “VTB Bank”ın və bankın qrupuna daxil olan fiskal məlumatlar operatorunun araşdırmasında deyilir.

Belə ki, araşdırma Rusiyanın bütün regionlarında keçirilən məlumatlar əsaəsnda hazırlanıb.

Məlumatda deyilir ki, Rusiya sakinləri martın 30-dan aprelin 19-na qədər özünütəcrid rejimi tətbiq ediləndən sonra mart ayının orta rəqəmləri ilə müqayisədə benzin alışlarını orta hesabla 31% azaldıblar. “Aİ-92” markalı benzinin alışı isə daha çox 36% düşüb.

Araşdırmanın nəticələrinə görə, daha çox benzin alışlarını Rusiyanın cənub hissəsində yaşayan sakinlər azaldıblar. Belə ki, Cənub Federal Dairəsində özünütəcrid müddətinin ikinci həftəsində benzinə olan tələbat mart ayının orta göstəriciləri ilə müqayisədə təqribən iki dəfə - 46% azalıb. Demək olar ki, Şimali-Qafqaz Federal Dairəsində də martın 30-dan aprelin 5-nə qədər kəskin azalma qeydə alınıb.

Bununla belə, bütün müddət ərzində yanacağa tələbatın azaldığı dövrdə benzinin bütün növləri üçün qiymətlər stabil olaraq qalıb. 

Son xəbərlər

Orphus sistemi