Rusiyada yanacaq üçün yeni dempinq formulu işə düşüb

Rusiyada yanacaq üçün yeni dempinq formulu işə düşüb Bu gündən Rusiyada yanacaq üçün yeni dempinq formulunun tətbiqinə başlanılıb
Energetika
1 May , 2021 13:01
Rusiyada yanacaq üçün yeni dempinq formulu işə düşüb

Bu gündən Rusiyada yanacaq üçün yeni dempinq formulunun tətbiqinə başlanılıb.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın maliyyə nazirinin müavini Aleksey Sazanov bildirib.

Onun sözlərinə görə, bu, neft emalı iqtisadiyyatını yaxşılaşdıracaq və benzinin qiymətini inflyasiya daxilində saxlayacaq. Müvafiq qanunun hələ rəsmən təsdiqlənməməsinə baxmayaraq, artıq formul işə düşüb.

Dempinq mexanizmi aşağıdakıları özündə əks etdirir:

- Əgər yanacağın ixrac qiymətləri daxili qiymətlərdən yüksəkdirsə, dövlət bu fərqi şirkətlərə kompensasiya edəcək; daxili dəyər daha yüksəkdirsə, şirkətlər büdcəyə pul köçürürlər.

Mexanizmi dəyişdirmə qərarı rublun məzənnəsi və artan neft qiymətlərinin nisbəti ilə izah olunur. Mayın 1-dən etibarən yanacaqda istifadə olunan qiymət 4 min rubl, 2022-ci ilin yanvarın 1-dən isə hər ton üçün 2,7 min rubl azalacaq. Şirkətlər dövlətdən çox kompensasiya alacaqlar.

Bundan əvvəl, KİV-lər Rusiya hökumətinin ixracına müvəqqəti qadağa qoyula bilən mallar siyahısına benzini əlavə etməyi planlaşdırdığını yazmışdı.

Həmçinin, mütəxəssislər 2021-ci ildə yanacaq qiymətlərində ciddi bir artım olmayacağını da bildirib. Sanksiyalar və COVID-19 pandemiyası bu seqmentə çox təsir göstərməyəcək.

Son xəbərlər

Orphus sistemi