Rusiyada neft ixracına tətbiq olunan vergi 87% azaldılıb

Rusiyada neft ixracına tətbiq olunan vergi 87% azaldılıb Rusiyanın Maliyyə Nazirliyi dünya bazarında neftin ucuzlaşmasını nəzərə alaraq, ölkədən ixrac olunan neftin hər tonu üçün vergini 86,9% azaldaraq 52 ABŞ dollarından 6,8 ABŞ dollarına endirib.
Energetika
15 Aprel , 2020 17:00
Rusiyada neft ixracına tətbiq olunan vergi 87% azaldılıb

Rusiyanın Maliyyə Nazirliyi dünya bazarında neftin ucuzlaşmasını nəzərə alaraq, ölkədən ixrac olunan neftin hər tonu üçün vergini 86,9% azaldaraq 52 ABŞ dollarından 6,8 ABŞ dollarına endirib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Nazirlikdən bildirilib ki, martın 19-dan aprelin 14-nə qədər Ural neftinin orta ixrac qiyməti hər barel üçün 19 ABŞ dolları, hər ton üçün isə 138 ABŞ dolları təşkil edib. Buna görə də verginin azaldılmasına qərar verilib. 

Xatırladaq ki, Rusiyanın vergi qanunvericiliyinə əsasən, əmtəə birjalarında neftin qiyməti azalanda neft şirkətlərinin federal büdcəyə ödədiyi vergi dərəcələri də müəyyən nisbətdə azaldılır.

Son xəbərlər

Orphus sistemi