Rusiyada neft hasilatı azalacaq

Rusiyada neft hasilatı azalacaq Rusiyanın energetika naziri Aleksandr Novak ölkədə sentyabr ayındakı neft hasilatının avqusta nisbətən azalacağını güman edir.
Energetika
4 Sentyabr , 2019 19:34
Rusiyada neft hasilatı azalacaq

Rusiyanın energetika naziri Aleksandr Novak ölkədə sentyabr ayındakı neft hasilatının avqusta nisbətən azalacağını güman edir.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, Şərq İqtisadi Forumu çərçivəsində jurnalistlərlə görüşü zamanı nazir hasilat həcminin ölkənin OPEC+ formatı çərçivəsində üzərinə götürdüyü öhdəliklər səviyyəsində olacağını qeyd edib.

Qeyd edək ki, avqust ayında Rusiya gündəlik neft hasilatını 143 min barel azaldıb, halbuki ölkənin OPEC+ çərçivəsindəki kvotası 228 min bareldir. Bunu nazir “Drujba” (“Dostluq”) kəmərinin çirkli xammaldan təmizlənməsilə əsaslandırıb.

Xatırladaq ki, OPEC+ formatı çərçivəsində 2020-ci ilin mart ayının sonunadək qüvvədə qalacaq razılaşma çərçivəsində iştirakçı ölkələr gündəlik hasilatı 2018-ci ilin oktyabr ayına nisbətən 1,2 milyon barel azaltmalıdır.

Son xəbərlər

Orphus sistemi