Rusiyada benzinin qiymətinin artacağı gözlənilir

Rusiyada benzinin qiymətinin artacağı gözlənilir Bakı. 20 noyabr. REPORT.AZ/ Rusiyada 2018-ci ildə benzinin qiyməti 50 rubl həddini keçə bilər.
Energetika
20 Noyabr , 2017 12:07
Rusiyada benzinin qiymətinin artacağı gözlənilir

Bakı. 20 noyabr. REPORT.AZ/ Rusiyada 2018-ci ildə benzinin qiyməti 50 rubl həddini keçə bilər.

“Report” “Vesti”yə istinadən xəbər verir ki, ekspertlər Ai-95 markalı benzinin 1 litrinin 53,35 rubl (1,53 manat), Ai-92 markalı benzinin 51,85 rubl (1,49 manat), dizel yanacağının isə 53,15 rubl (1,52 manat) olacağını proqnozlaşdırırlar.

“Univer Capital” investisiya şirkətinin baş direktorunun müavini Dmitri Aleksandrov bildirib ki, ilin sonunda hökumət büdcə gəlirlərinin artırılması üçün işlərə başlayıb. Onun sözlərinə görə, bu, neft məhsulları bazarında aksizlərin artırılmasının sürətləndirilməsində özünü göstərir. Aksizlər əvvəl planlaşdırılandan ikiqat daha sürətlə artacaq.

Son xəbərlər

Orphus sistemi