Rusiya Yunanıstanla qaz anlaşması xəbərlərini təkzib edir

Rusiya Yunanıstanla qaz anlaşması xəbərlərini təkzib edir "Belə bir razılaşma gündəlikdə deyil"
Energetika
19 Aprel , 2015 18:57
Rusiya Yunanıstanla qaz anlaşması xəbərlərini təkzib edir

Bakı. 19 aprel. REPORT.AZ/ Rusiya qaz boru xəttinə dair Yunanıstanla saziş imzalamağa yaxın olduğu barədə Almaniyanın “Der Spiegel” jurnalının yaydığı məlumatı təkzib edib.

"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, Yunanıstanda hakimiyyətdəki Syriza partiyasına yaxın mənbəyə istinadən “Der Spiegel”in yaydığı xəbərə görə, sözügedən saziş aprelin 21-də imzalanacaqmış. Saziş imzalanarsa, Yunanıstanın boşalmış dövlət büdcəsi 5 milyard avro əldə edə bilər.

Lakin Kreml sözçüsü Dmitriy Peskov belə bir razılaşmanın gündəlikdə olmadığını söyləyib.

Bildirib ki, Yunanıstanın baş naziri Aleksis Tsipras bu ayın əvvəlində Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşərkən ölkəsinə maliyyə yardımı göstərilməsini xahiş etməyib.

Son xəbərlər

Orphus sistemi