​Rusiya və Türkiyə qazın qiymətinə endirim edilməsi ilə bağlı razılığa gəlib

​Rusiya və Türkiyə qazın qiymətinə endirim edilməsi ilə bağlı razılığa gəlib Rusiya energetika nazirinin sözlərinə görə, endirim 10.25% olacaq
Energetika
31 İyul , 2015 16:19
​Rusiya və Türkiyə qazın qiymətinə endirim edilməsi ilə bağlı razılığa gəlib

Bakı. 31 iyul. REPORT.AZ/ Rusiyanın "Qazprom" və Türkiyənin BOTAŞ şırkətləri arasında qazın qiymətinə endirim edilməsi ilə bağlı razılıq əldə olunub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Nazirin sözlərinə görə, endirimin həcmi 10.25% təşkil edəcək.

"Bizdə olan məlumata görə, "Qazprom" və BOTAŞ arasında qazın qiymətinin endirilməsi barədə razılıq əldə olunub. Endirimin həcmi 10.25% təşkil edəcək", - A.Novak deyib.

Son xəbərlər

Orphus sistemi