Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirləri görüşəcək

Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirləri görüşəcək Görüş "EKSPO-2017" beynəlxalq sərgisi çərçivəsində baş tutacaq
Energetika
7 İyun , 2017 12:18
Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirləri görüşəcək

Bakı. 7 iyun. REPORT.AZ/ Rusiyanın energetika naziri Aleksandr Novakın Səudiyyə Ərəbistanından olan həmkarı Xalid əl-Falihlə bu həftənin sonu Qazaxıstanın paytaxtı Astanada görüşü planlaşdırılır. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, "EKSPO-2017" beynəlxalq sərgisi çərçivəsində baş tutacaq görüşdə nazirlər energetika sahəsinin dayanıqlı inkişafı məsələlərini müzakirə edəcək.

A.Novakın sərgi çərçivəsində Avropa Komissiyasının energetika ittifaqı üzrə vitse-prezidenti Maroş Şevçoviçlə də görüşü gözlənilir. Tərəflərin Ukraynaya qaz tədarükü məsələlərini müzakirə edəcəkləri bildirilir. 

"Report"un analitik qrupu hesab edir ki, Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirlərinin görüşündə neft bazarı üçün önəmli açıqlamalar verilə bilər və bu, dünya bazarında nefti bahalaşdıra bilər. 

Son xəbərlər

Orphus sistemi