Rusiya və Səudiyyə Ərəbistanı OPEC+ anlaşmasının müddətinin uzadılmasını müzakirə edəcək

Rusiya və Səudiyyə Ərəbistanı OPEC+ anlaşmasının müddətinin uzadılmasını müzakirə edəcək Görüşdə hər hansı qərarın qəbul edilməsi gözlənilmir
Energetika
24 oktyabr 2017 10:53
Rusiya və Səudiyyə Ərəbistanı OPEC+ anlaşmasının müddətinin uzadılmasını müzakirə edəcək

Bakı. 24 oktyabr. REPORT.AZ/ Rusiya və Səudiyyə Ərəbistanının energetika nazirləri noyabrın 2-də neft hasilatının azaldılması ilə bağlı OPEC+ anlaşmasının müddətinin uzadılmasını müzakirə edəcək. 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib. 

Müzakirələrin Ər-Riyadda keçiriləcəyi bildirilir. 

"Düşünürəm ki, tərəflər anlaşmaya riayət edilməsi, neft bazarının vəziyyəti və anlaşmanın perspektivlərini müzakirə edəcək", - deyə A.Novak açıqlamasında bildirib.

O həmçinin qeyd edib ki,  belə görüşlər mütəmadi keçirilir: "Bu o demək deyil ki, biz qərar qəbul edəcəyik". 

Son xəbərlər

Orphus sistemi