Rusiya Türkmənistanı OPEC+ anlaşmasına qoşulmağa çağırıb

Rusiya Türkmənistanı OPEC+ anlaşmasına qoşulmağa çağırıb Türkmənistan hazırda, təqribən, 200 min barel/gün neft hasil edir
Energetika
3 Oktyabr , 2017 14:31
Rusiya Türkmənistanı OPEC+ anlaşmasına qoşulmağa çağırıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Rusiya Türkmənistanı OPEC+ neft hasilatının azaldılması ilə bağlı anlaşmaya qoşulmağa çağırıb. 

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

"Türkmənistanlı həmkarlarımızı qaz ixrac edən ölkələr forumuna, həmçinin OPEC+ neft hasilatının azaldılması anlaşmasına qatılmağa dəvət etdik", - A.Novak deyib.

Türkmənistanın OPEC+ anlaşmasında hansı formada iştirak edəcəyi ilə bağlı suala isə rusiyalı nazir "onlar müşahidəçi kimi iştirak etməyə hazırdırlar. Rəsmi olaraq isə anlaşmada iştirak etmək istəmirlər. Ancaq neft bazarının cari vəziyyətinin müzakirəsinə qatılmağa razıdırlar" deyib.

A.Novak əlavə edib ki, Türkmənistan neft hasil edərək ixrac etsə də, bu, böyük həcmdə deyil.

"Report" xəbər verir ki, hazırda Türkmənistanın gündəlik neft hasilatı, təqribən, 200 min barel/günə yaxındır.

Son xəbərlər

Orphus sistemi