Bakı. 28 iyul. REPORT.AZ/ Rusiya Türkiyəyə "Türk axını"nın ilk xətti üzrə hökumətlərarası saziş layihəsini göndərib. Digər xətlər üzrə başqa sənədin olacağı gözlənilir.
"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Energetika Nazirliyi ndəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, əvvəlcədən "Türk axını"nın tikintisinə dair hökumətlərarası sazişin bütün dörd xəttin də daxil olması ilə kompleks şəkildə hazırlanması və imzalanması planlaşdırılırdı.
Lakin Rusiya və Türkiyə arasında iyunda Bakıda keçirilən son danışıqlardan sonra bunun mərhələli şəkildə həyata keçirilməsi qərara alınıb.
Mənbə onu da xatırladıb ki, "Türk axını"nın ilk xətti sırf Türkiyənin ehtiyaclarının ödənilməsinə xidmət edəcək.