Rusiya "Türk axını" layihəsini Avropaya qədər uzada bilər

Rusiya "Türk axını" layihəsini Avropaya qədər uzada bilər Rəsmi Moskva bunun üçün Avropa İttifaqından rəsmi zəmanət istəyir
Energetika
25 Oktyabr , 2016 15:20
Rusiya Türk axını layihəsini Avropaya qədər uzada bilər

Bakı. 25 oktyabr. REPORT.AZ/ Rusiya Avropa İttifaqından rəsmən zəmanət alacağı təqdirdə "Türk axını" layihəsini qərbə doğru uzada bilər.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Nazir qeyd edib ki, Rusiya və Türkiyə Avropa, xüsusilə də Yunanıstan istiqamətində “Türk axını” qaz kəməri üzrə saziş imzalayıb.

“Cənub axını” layihəsinin uğursuzluğundan sonra bu layihənin həyata keçirilməsi üçün yalnız rəsmi, zəmanətli kağız aldıqda onu Avropa İttifaqına uzatmağa hazır olacağıq", - deyə S.Lavrov əlavə edib.

Son xəbərlər

Orphus sistemi