Bakı. 14 dekabr. REPORT.AZ/ Rusiya dekabrın 15-də son 10 ildə ilk dəfə maye qaz (LNG) idxal edəcək.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, hazırda yüklü gəmi Sinqapurdan Kalininqrada gəlir.
Real zamanda gəmi izləmə xidməti olan "MarineTraffic"in məlumatına görə, "Qazprom"a məxsus "Marşal Vasilevski" üzən yenidənqazlaşdırma qurğusu dekabrın 15-də Kalininqrad limanına çatmalıdır. Reys, təxminən, bir ay davam edib.