Rusiya şirkətləri ABŞ-ın Alyaska ştatındakı neft-qaz hasilatı layihələrində iştirak edə bilər

Rusiya şirkətləri ABŞ-ın Alyaska ştatındakı neft-qaz hasilatı layihələrində iştirak edə bilər Bakı. 21 avqust. REPORT.AZ/ ABŞ Rusiya şirkətlərinin Alyaska ştatındakı neft-qaz hasilatı layihələrində iştirakında maraqlıdır.
Energetika
21 Avqust , 2018 18:09
Rusiya şirkətləri ABŞ-ın Alyaska ştatındakı neft-qaz hasilatı layihələrində iştirak edə bilər

Bakı. 21 avqust. REPORT.AZ/ ABŞ Rusiya şirkətlərinin Alyaska ştatındakı neft-qaz hasilatı layihələrində iştirakında maraqlıdır.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ştatın Ankoric şəhərində keçirilən Rusiya-Amerika Sakit Okean Tərəfdaşlıq Təşkilatının 23-cü iclasında bildirilib. 

İclasda həmçinin qeyd olunub, hazırda Rusiyanın "Saxalin-1" və Tyumen vilayətindəki neft emalı müəssisələri layihələrində iştirak edən şirkətlər Alyaskada da çalışa bilər. ABŞ-ın Alyaskada neft və qaz hasilatı üçün xüsusilə buzqıran gəmilərə ehtiyacı var, lakin sanksiyalara görə bu sahədə əməkdaşlığı genişləndirmək hələ ki mümkün deyil.

Son xəbərlər

Orphus sistemi