Yuxarı

Rusiya "Rosneft"in özəlləşdirilməsindən 11 mlrd. dollar qazanmaq istəyir

Bu barədə ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyakayev açıqlama verib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Rusiya "Rosneft" şirkətindəki 19,5%-lik dövlət payının özəlləşdirilməsindən büdcəyə 700 mlrd. rub (10,77 mlrd. ABŞ dolları) vəsaitin daxil olacağını gözləyir. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyakayev açıqlama verib.

"Hesab edirəm ki, "Rosneft"dəki dövlət payı ilə bağlı məsələ həmişə prioritetdir. Çünki o, büdcə üçün çox əhəmiyyətli və qiymətlidir. Bu payın satılması təxminən 700 mlrd. rubl vəsait gətirə bilər ki, bununla da büdcə öhdəliklərinin əhəmiyyətli qismini yerinə yetirmək mümkündür".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi