Rusiya qazın qiymətində Ukraynaya güzəştə gedəcək

Rusiya qazın qiymətində Ukraynaya güzəştə gedəcək Rusiyanın “Qazprom” şirkəti Ukraynaya təbii qazı indikindən 25% ucuz qiymətə satmağa dair danışıqlara hazır olduqlarını bildirib.
Energetika
7 iyun 2019 12:59
Rusiya qazın qiymətində Ukraynaya güzəştə gedəcək

Rusiyanın “Qazprom” şirkəti Ukraynaya təbii qazı indikindən 25% ucuz qiymətə satmağa dair danışıqlara hazır olduqlarını bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller bildirib.

“Rusiya qazını istehlakçıya hazırkı səviyyədən 25 faiz ucuz qiymətə çatdırılmasını nəzərdə tutan sazişin hazırlanması üçün danışıqlara başlamağa hazırıq”, - deyən “Qazprom” rəhbəri Ukraynaya birbaşa qaz tədarükünə dair saziş imzalamağın tranzit sazişindən daha mühüm olduğunu diqqətə çatdırıb.

“Ukrayna ərazisindən tranzit müqaviləsinin uzadılması və Rusiya qazının Ukraynaya tədarükünə dair müqavilə imzalamaq üçün Rusiya tərəfi ilə birbaşa danışıqların təşkilində “Həyat üçün Müxalifət Platformu”nun göstərdiyi əzm və qətiyyəti qeyd etmək istəyirəm. Bu, “Qazprom”la Ukraynanın operator şirkəti arasında birbaşa müqavilə olacaq... Son vaxtlar yalnız tranzit müqaviləsinin uzadılması məsələsinə əsassız böyük diqqət yetirilir. Əslində, Rusiya qazının Ukraynaya ixracına dair birbaşa müqavilənin imzalanması başlıca və ən əhəmiyyətli məsələdir” , - deyən A.Miller Ukraynanın yeni prezidenti tərəfindən qaz məsələsinə dair hələlik hər hansı işarələrin gəlmədiyini də qeyd edib. Ona görə də qaz tranzitinə və qaz tədarükünə dair birbaşa təmasları “Həyat üçün Müxalifət Platformu” partiyası ilə davam etməyə hazır olduqları vurğulanıb.

Bu il martın 22-də Moskvada aidiyyəti rəsmi şəxslər səviyyəsində keçirilən görüş zamanı “Qazprom” Ukraynaya qaz tədarükünü istehlakçı tərəf üçün daha sərfəli qiymətlərlə həyata keçirməyə hazır olduğunu bildirmişdi. Ukrayna tərəfi də tranzit müqaviləsini uzatmaq üçün Rusiyaya qarşılıqlı faydalı şərtlər təklif etməyə hazır olduqlarını bildirmişdi.

Son xəbərlər

Orphus sistemi