Rusiya Prezidenti: "Rusiya və Azərbaycan Xəzər regionunda birgə layihələr həyata keçirəcək"

Rusiya Prezidenti: "Rusiya və Azərbaycan Xəzər regionunda birgə layihələr həyata keçirəcək" Bakı. 27 sentyabr. REPORT.AZ/ “Güman edirik ki, Rusiya və Azərbaycan şirkətləri Xəzər regionunda fəal şəkildə perspektivli layihələrin icrası ilə məşğul olacaqlar. İlk növbədə, bu, nəqliyyat, yük daşımaları, neft-qaz hasilatı, ekologiya və əlbəttə ki, bioloji ehtiyatları əhatə etməlidir”.
Energetika
27 Sentyabr , 2018 16:35
Rusiya Prezidenti: Rusiya və Azərbaycan Xəzər regionunda birgə layihələr həyata keçirəcək
Rusiya prezidenti Vladimir Putin / Sputnik/ Vitaliy Belousov

Bakı. 27 sentyabr. REPORT.AZ/ “Güman edirik ki, Rusiya və Azərbaycan şirkətləri Xəzər regionunda fəal şəkildə perspektivli layihələrin icrası ilə məşğul olacaqlar. İlk növbədə, bu, nəqliyyat, yük daşımaları, neft-qaz hasilatı, ekologiya və əlbəttə ki, bioloji ehtiyatları əhatə etməlidir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, Azərbaycanda Rusiyanın enerji şirkətləri uğurla fəaliyyət göstərir. Rusiya dövlət başçısı tezliklə neft-qaz yatağında kəşfiyyat işlərinə başlayacaq Rusiyanın “Rosneft” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşlığını misal gətirib.

“LUKoil” şirkəti Azərbaycandakı enerji layihələrinə 4 mlrd. dollara yaxın vəsait yatırıb. Neft nəqli sahəsində əsas inhisarçımız “Transneft” isə Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə etibarlı şəkildə nəqlini təmin edir”,- deyən V.Putin Xəzərin hüquqi statusuna dair konvensiyanın da iki ölkə arasında qarşılıqlı mənfəətə əsaslanan əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulayıb. Həmçinin həmin sənədin tam həcmdə implementasiyası üçün hələ görüləcək xeyli işlərin olduğu da qeyd olunub.

Son xəbərlər

Orphus sistemi