Yuxarı
    Bağlamaq

    Rusiya parlamenti "Türk axını" anlaşmasını ratifikasiya edib

    Kəmərin ilk xətti Rusiya büdcəsinə 750 mln. dollar qazandıracaq

    Bakı. 20 yanvar. REPORT.AZ/ Rusiya Dövlət Duması iki xətdən ibarət olan "Türk axını" qaz boru kəmərinin inşası layihəsi ilə bağlı anlaşmanı ratifikasiya edib. 

    "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, qaz xəttinin inşası 2019-cu ildən etibarən Türkiyə və oradan da Avropa İttifaqı (Aİ) ölkələrinə qazın təhlükəsiz və tranzit riski olmadan nəql edilməsinə imkan yaradacaq. Qaz kəmərinin ilk xətti ixrac rüsumları şəklində Rusiya büdcəsinə ildə 750 mln. ABŞ dolları həcmində vəsait qazandıracaq. Əgər ikinci xətt inşa edilərsə, o zaman, Rusiya büdcəsi bundan 2 dəfə çox gəlir əldə edəcək. 

    Sənədin imzalanmasına əlavələr bölümündə qeyd olunub ki, boru kəmərinin inşası ilə məşğul olan şirkətlər layihənin reallaşdırılması üçün əldə olunan aktivlərə vergi ödəməyəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi