​Rusiya-OPEC dialoqu oktyabrda keçiriləcək

​Rusiya-OPEC dialoqu oktyabrda keçiriləcək Görüş Vyanada təşkil olunacaq
Energetika
16 Avqust , 2016 17:43
​Rusiya-OPEC dialoqu oktyabrda keçiriləcək

Bakı. 16 avqust. REPORT.AZ/ Rusiya-OPEC enerji dialoqu üzrə iclas oktyabrda Vyanada keçiriləcək. "Report" "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

O qeyd edib ki, bununla bağlı dəqiq tarix yaxın vaxtlarda dipomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Rusiya Energetika Nazirliyinin və OPEC-in nümayəndələri enerji dialoqunun tarixi ilə bağlı Vyanada görüş çərçivəsində müzakirə aparıblar. Tərəflər, eyni zamanda neft bazarındakı mövcud vəziyyət, onun inkişaf proqnozları və əməkdaşlığın digər aspektləri üzrə fikir mübadiləsi aparıblar.


Son xəbərlər

Orphus sistemi