Yuxarı
    Bağlamaq

    Rusiya OPEC anlaşmasına əməl etmir

    Rusiyada gündəlik neft hasilatı 121 min barel azalsa da, ixrac 66 min barel/gün artırıb

    Bakı. 3 mart. REPORT.AZ/ Rusiya bu ilin fevral ayında neft hasilatının həcmini demək olar ki, azaltmayıb. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, Rusiyanın fevralda gündəlik neft hasilatı 11,109 mln. barel təşkil edib. Bu da yanvar hasilatı ilə müqayisədə 0,018% və ya cəmi 2 min barel/gün azdır. 

    Qeyd edək ki, OPEC-in hasilatın azaldılması barədə anlaşmasında baza olaraq oktyabr ayındakı hasilat həcmi götürülüb. Oktyabrda Rusiyanın gündəlik neft hasilatı 11,230 mln. barel olub. Bu da fevralda hasilatın oktyabrla müqayisədə 1,077% azaldıldığını göstərir. Fevral hasilatı isə öz növbəsində illik müqayisədə 1,9% artıb. Belə ki, 2016-cı ilin fevralında Rusiyada gündəlik 10,902 mln. barel neft hasil edilib. 

    Xatırladaq ki, Rusiya neft hasilatını gündəlik 300 min barel azaltmağı öhdəlik kimi qəbul edib. Lakin fevralın yekunlarına görə, hasilat hələlik 121 min barel/gün azalıb. Bununla yanaşı, Rusiyanın neft ixracı fevral ayında yanvarla müqayisədə 66 min barel/gün və ya 1,21% artaraq 5,482 mln. barel təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi