Rusiya oktyabrda OPEC+ sazişinin şərtlərinə tam əməl etməyib

Rusiya oktyabrda OPEC+ sazişinin şərtlərinə tam əməl etməyib Rusiya bu ilin oktyabr ayında gündəlik neft hasilatının həcmini sentyabr ayına nisbətən 0,3%, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 1,7% azaldaraq 11,229 milyon barelə endirib.
Energetika
2 noyabr 2019 11:21
Rusiya oktyabrda OPEC+ sazişinin şərtlərinə tam əməl etməyib

Rusiya bu ilin oktyabr ayında gündəlik neft hasilatının həcmini sentyabr ayına nisbətən 0,3%, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 1,7% azaldaraq 11,229 milyon barelə endirib. 

"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, bununla da qonşu ölkə Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) ilə imzaladığı sazişin (OPEC+) şərtlərinə 85% əməl edib. 

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də imzalanmış və gündəlik neft hasilatının həcminin 1,2 milyon barel azaldılmasını nəzərdə tutan OPEC+ sazişinin müddəti bu il iyulun 1-də bitsə də, gələn il aprelin 1-nə qədər uzadılıb. 

Son xəbərlər

Orphus sistemi