Rusiya neftin ixrac rüsumunu artırır

Rusiya neftin ixrac rüsumunu artırır Rusiyada neftin ixrac rüsumu 2021-ci il avqustun 1-dən etibarən 6,3 ABŞ dolları artacaq
Energetika
15 İyul , 2021 14:17
Rusiya neftin ixrac rüsumunu artırır

Rusiyada neftin ixrac rüsumu 2021-ci il avqustun 1-dən etibarən 6,3 ABŞ dolları artaraq bir ton üçün 67,8 ABŞ dolları təşkil edəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, bu ilin 15 iyun - 14 iyul aralığında "Urals" markalı neftin orta qiyməti 73,63 ABŞ dolları/barel və ya 537,5 ABŞ dolları/ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi