Rusiya neft ixracını azaltmayacaq

Rusiya neft ixracını azaltmayacaq Rusiyadakı neft şirkətləri hasilatı məcmu hasilatdakı payları qədər azaldacaq
Energetika
14 Dekabr , 2016 16:34
Rusiya neft ixracını azaltmayacaq

Bakı. 14 dekabr. REPORT.AZ/ Rusiya neft ixracını azaltmağı planlaşdırmır. 

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın "Transneft" şirkətinin rəhbəri Nikolay Tokarev açıqlama verib. 

Rusiyanın energetika naziri Aleksandr Novakla bu gün Moskvada keçirilən görüşdə N.Tokarev daha sonra jurnalistlərin suallarını cavablandırıb: "OPEC ilə razılaşma neft hasilatının azaldılması istiqamətindədir. Başqa sözlə, Rusiya neft ixracını azaldılması ilə bağlı addım atmayacaq".

"Transneft" rəhbəri Rusiyanın 2017-ci ilin mart ayına qədər hasilatı gündəlik 200 min barel, aprelə qədər isə daha 100 min barel azaldacağını bildirib. "LUKoil" şirkətinin vitse-prezidenti Ravil Maqanov isə Rusiyadakı neft şirkətlərinin ölkənin məcmu hasilatda payları qədər hasilatlarını azaldacaqlarını qeyd edib. 

Son xəbərlər

Orphus sistemi