Rusiya neft ixracını 2018-ci il səviyyəsində saxlamaq niyyətindədir

Rusiya neft ixracını 2018-ci il səviyyəsində saxlamaq niyyətindədir Bakı. 27 dekabr. REPORT.AZ/ Rusiyanın Energetika Nazirliyinin gələn il neft sahəsi ilə bağlı başlıca hədəflərindən biri neft ixracının həcmini 2018-ci il səviyyəsində saxlamaqdır.
Energetika
27 Dekabr , 2018 17:36
Rusiya neft ixracını 2018-ci il səviyyəsində saxlamaq niyyətindədir
0 : 00
0 : 00

Bakı. 27 dekabr. REPORT.AZ/ Rusiyanın Energetika Nazirliyinin gələn il neft sahəsi ilə bağlı başlıca hədəflərindən biri neft ixracının həcmini 2018-ci il səviyyəsində saxlamaqdır.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə bildirib.

“Xarici bazarlarda neftlə bağlı məqsədimiz ixracı eyni həcmlərdə saxlamaqdır. Hasilatın həcmi dəyişməsə, həm ixrac həcmini, həm də daxili istehlak həcmini əvvəlki səviyyədə saxlayarıq”, - deyə nazir qeyd edib.

Nazirliyin hesablamalarına görə, 2018-ci ildə ölkədən neft ixracı 0,2% artaraq 257,4 mln. tona, neft və qaz kondensatının hasilatı isə 1,6% artaraq 556 mln. tona çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi