Bakı. 2 yanvar. REPORT.AZ/ 2014-cü ildə gündəlik neft istehsalı 10,58 milyon barrel olub.
Report RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın Enerji Nazirliyi bildirir.
Rusiyanın tarix boyu ən yüksək neft istehsalı isə 1988-ci ilə düşür. O vaxt Rusiyada gündə 11,41 milyon barrel neft istehsal olunub. Həmin dövrdə Rusiya bütün SSRİ-də istehsal olunan neftin 90 faizini verirdi.
1991-ci ildə SSRİ dağılan ərəfədə neft istehsalı 9,24 milyon barrelə düşmüşdü.
2010-cu ildə Rusiya dünyanın ən böyük neft istehsalçısı sırasında Səudiyyə Ərəbistanını keçərək birinci yerə çıxdı.