Yuxarı
    Bağlamaq

    Rusiya neft hasilatını azaltsa da, ixracı artırıb

    Neft bazarında təklif yüksək olaraq qalacaq

    Bakı. 2 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Rusiyanın gündəlik neft hasilatının həcmi ötən ilin dekabr ayı ilə müqayisədə 0,86% azalaraq 11,11 mln. barel təşkil edib. 

    Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsi məlumat yayıb.

    Bununla belə, ötən ay Rusiyanın gündəlik neft ixracının həcmi dekabra nisbətən 2,07% artaraq 5,53 mln. barelə yüksəlib. 

    İllik müqayisədə isə gündəlik hasilat 1,84%, gündəlik ixrac isə 2,7% artıb. 

    Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv və üzv olmayan ölkələrin hasilatı azaltmaqla bağlı Vyanada (Avstriya) əldə etdikləri razılığa görə, Rusiya gündəlik neft hasilatını 300 min barel azaltmalıdır. Bu anlaşma 2017-ci ilin 1-ci yarısında qüvvədədir, amma sonradan onun müddətinin uzadılması istisna edilmir. 

    "Report"un analitik qrupu hesab edir ki, hasilatın həcmi ilə bağlı Vyana anlaşmasına əməl edilsə də, ixracın həcminin artırılması bazarda qiymətlərin sabitləşməsinə mane ola bilər. Həm Rusiyada, həm də digər ölkələrdə neftə daxili tələbat azaldığından onlar "qara qızıl"ı ixraca yönəldirlər. Bundan başqa, Çin iqtisadiyyatının artım tempinin zəifləməsi əsas neft idxalçısı olan bu ölkənin neftə tələbatını azaldır. Məhz bu amillər 2018-ci ilin ortalarından etibarən neftin kəskin ucuzlaşmasına yol aça bilər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi