Bakı. 2 may. REPORT.AZ/ Rusiya neft və qaz kondensatının gündəlik hasilat həcmini 2016-cı ilin yanvar-aprel aylarında illik müqayisədə 2,7% artıraraq 10 889 min tona çatdırıb.
"Report"un "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, apreldə Rusiyada hasilat keçən ilin analoji dövrü ilə müqayisədə gündəlik 1,6% artaraq 10 841 min barelə yüksəlib. Rusiya Mərkəzi Dispetçer İdarəsindən (MDİ) verilən məlumata görə, yanvar-aprel aylarında ən çox neft hasil edən şirkət "Rosneft" (62 252 min ton) olub.
Təhlil olunan dövr ərzində Rusiya Uzaq Şərq bölgəsindən neft ixracını keçən ilin analoji dövrünə nisbətən 6,1% artıraraq gündəlik 4 682 min barelə çatdırıb.
MDİ-nin hesabatına əsasən, apreldə Rusiya keçən ilin analoji dövrü ilə müqayisədə neft ixracını 9,1% artıraraq 4 959 min barel/günə yüksəldib. Qeyd edək ki, Rusiya ilə bərabər İraq da neft hasilatını apreldə artıraraq tarixi rekord həddə yaxınlaşdırıb.