Rusiya Mərkəzi Bankı növbəti 3 il üçün neftin qiymətləri ilə bağlı proqnozunu açıqladı

Rusiya Mərkəzi Bankı növbəti 3 il üçün neftin qiymətləri ilə bağlı proqnozunu açıqladı Rusiya Mərkəzi Bankı 2020-ci il üçün “Urals” markalı neftin bir barelinin orta illik qiymətləri ilə bağlı proqnozunu 55 ABŞ dollarından 27 ABŞ dollarına qədər endirib.
Energetika
24 Aprel , 2020 17:42
Rusiya Mərkəzi Bankı növbəti 3 il üçün neftin qiymətləri ilə bağlı proqnozunu açıqladı

Rusiya Mərkəzi Bankı 2020-ci il üçün “Urals” markalı neftin bir barelinin orta illik qiymətləri ilə bağlı proqnozunu 55 ABŞ dollarından 27 ABŞ dollarına qədər endirib.

“Report”un “İnterfax”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Mərkəzi Bankının İdarə Heyətinin illik iclasına istinadən açıqlanan orta müddətli proqnozu ilə bağlı hazırlanan hesabatda deyilir.

Hesabata əsasən, 2021-ci ildə Rusiya Mərkəzi Bankı ilkin baza ssenarisində “Urals” markalı neftin illik qiymətinin əvvəlki fevral versiyasına görə hər barel üçün 50 ABŞ dolları əvəzinə 35 ABŞ dolları səviyyəsində proqnozlaşdırır.

2022-ci ildə Mərkəzi Bank neftin qiymətləri ilə bağlı proqnozunu əvvəlki proqnoza görə 50 ABŞ dolları əvəzinə 45 ABŞ dolları səviyyəsində olacağını bildirir. 

Son xəbərlər

Orphus sistemi