Rusiya Mərkəzi Bankı neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb

Rusiya Mərkəzi Bankı neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb Çinin neftə olan tələbatı neft qiymətlərinə ciddi təsir edəcək
Energetika
9 Fevral , 2017 17:52
Rusiya Mərkəzi Bankı neftin qiyməti ilə bağlı proqnozunu açıqlayıb

Bakı. 9 fevral. REPORT.AZ/ Rusiya Bankının (Mərkəzi Bank) proqnozlarına görə, yaxın illərdə dünya bazarında neftin qiyməti 40-55 dollar/barel diapazonunda olacaq. 

"Report" RBC agentliyinə istinadən bildirir ki, bu açıqlama ilə Rusiya Bankının sədri Elvira Nabiullina çıxış edib. 

E.Nabiullina qeyd edib ki, 2017-lci ildə neftin orta qiyməti 40 dollardan yuxarı olacaq. Bunun səbəbini isə o, OPEC-in hasilatın azaldılması qərarı ilə əlaqələndirib. Baş bankir neft qiymətlərinin bir çox amildən asılı olduğunu xatırladıb və bunların başında ABŞ-ın neft siyasəti, şist neft istehsalı və OPEC-in hasilatı azaltmaqla bağlı qərarını uzadıb-uzatmaması amilləri durur.

E.Nabiullina həmçinin neftə olan tələbatın dəyişməsinin əsas səbəblərdən biri olduğunu deyib. O, Çinin neft idxalının həcminin neft qiymətlərinə təsirini xüsusi olaraq qeyd edib.  

Son xəbərlər

Orphus sistemi