Rusiya hökuməti neftin bu il 40 dollara satılacağını proqnozlaşdırır

Rusiya hökuməti neftin bu il 40 dollara satılacağını proqnozlaşdırır Bunu Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib
Energetika
19 fevral 2016 19:02
Rusiya hökuməti neftin bu il 40 dollara satılacağını proqnozlaşdırır

Bakı. 19 fevral. REPORT.AZ/ Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev hesab edir ki, 2016-cı ildə neftin qiyməti 40 dollar/barel səviyyəsində olacaq.

"Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, Ulyukayev bildirib ki, bu proqnoz doğru çıxsa bu il Rusiyanın dövlət büdcəsinin kəsiri ÜMD-in 4,6-4,7%-nə bərabər olacaq. Bu fərqi də özəlləşdirmə hesabına qarşılamaq mümkün olacaq.

Nazir, həmçinin, bildirib ki, hazırda Rusiyanın maliyyə sektorunda vəziyyət də stabildir.

Son xəbərlər

Orphus sistemi