Rusiya Hesablama Palatasının rəhbəri: "Neftin qiyməti hələ 2-3 il ərzində arta bilər"

Rusiya Hesablama Palatasının rəhbəri: "Neftin qiyməti hələ 2-3 il ərzində arta bilər" Bakı. 27 sentyabr. REPORT.AZ/ Neftin qiyməti hələ 2-3 il ərzində arta bilər.
Energetika
27 Sentyabr , 2018 16:13
Rusiya Hesablama Palatasının rəhbəri: Neftin qiyməti hələ 2-3 il ərzində arta bilər
0 : 00
0 : 00

Bakı. 27 sentyabr. REPORT.AZ/ "Neftin qiyməti hələ 2-3 il ərzində arta bilər".

“Report” xəbər verir ki, bunu “Rossia-24” telekanalına Rusiya Hesablama Palatasının rəhbəri Aleksey Kudrin bildirib.

Onun sözlərinə görə, həmin vaxt ərzində neftə olan tələbat ildə 3 mln.bareldən çox artacaq: "Bu qədər tələbatı İran və ABŞ-ın təklifi tam ödəyə bilməyəcək. Elə ona görə də neftin bir qədər bahalaşacağını düşünürük”.

A.Kudrinin sözlərinə görə, qiymət artımının iqtisadiyyata müsbət təsiri olacaq: "Belə ki, neft şirkətləri hasilatdan başqa sahələrə də daha çox investisiya yatırmaq imkanı qazanacaqlar".

Qeyd edək ki, sentyabrın 25-də “Brent” markalı neftin bir bareli 12 noyabr 2014-cü il tarixindən etibarən ilk dəfə 82 dollar həddini keçib.

Son xəbərlər

Orphus sistemi