Rusiya gündəlik neft hasilatını 300 min barel azaldıb

Rusiya gündəlik neft hasilatını 300 min barel azaldıb Neft bazarı OPEC-in 25 may sammitini gözləyir
Energetika
28 Aprel , 2017 12:05
Rusiya gündəlik neft hasilatını 300 min barel azaldıb

Bakı. 28 aprel. REPORT.AZ/ Rusiya 30 noyabr 2016-cı il Vyana anlaşmasında qəbul etdiyi öhdəliyinə nəhayət ki, əməl edərək gündəlik neft hasilatını aprelin 27-də 298 min barel azaldıb. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə açıqlamasında energetika naziri Aleksandr Novak verib.

Xatırladaq ki, Vyana anlaşmasına görə, OPEC ölkələri gündəlik hasilatı 1,2 mln. barel, təşkilata üzv olmayan ölkələr isə 558 min barel azaltmağı öhdəlik kimi qəbul edib. Anlaşmanın tətbiq edilməsindən 4 ay keçməsinə baxmayaraq, Rusiya tərəfi öhdəliyinin icrasını dünən əməl edib. Hazırda neft bazarı may ayının 25-də neft ölkələri tərəfindən keçirilməsi gözlənilən sammitdə anlaşmanın müddətinin uzadılması qərarının verilib-verilməyəcəyini gözləyir. Neft qiymətləri məhz bu qərarın nəticəsindən asılı olaraq öz trendini müəyyən edəcək.

Son xəbərlər

Orphus sistemi