Rusiya fevralda neft və kondensat hasilatını azaldıb

Rusiya fevralda neft və kondensat hasilatını azaldıb Rusiyada neft və kondensat hasilatı fevralda aylıq ifadədə 0,7% azalaraq gündəlik 10,095 milyon barelə düşüb
Energetika
2 Mart , 2021 11:41
Rusiya fevralda neft və kondensat hasilatını azaldıb

Rusiyada neft və kondensat hasilatı fevralda aylıq ifadədə 0,7% azalaraq gündəlik 10,095 milyon barelə düşüb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Rusiya Energetika Nazirliyinə tabe olan Yanacaq-Enerji Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatlarına istinadən məlumat verib.

Eyni zamanda, illik ifadədə göstərici 10,7% azalıb.

Xatırladaq ki, yeni OPEC+ sazişi 2020-ci ilin may ayından neft hasilatında gündəlik 9,7 milyon barel azalma ilə başlayıb. Ardından avqust ayından alyans məhdudiyyətləri 7,7 milyona qədər yumşaldıb, 2021-ci ilin yanvar ayında isə 7,2 milyon barel/gün azalma barədə razılaşma əldə olunub. Bunun da 1,881 milyonu Rusiyanın payına düşüb. OPEC+ ixtisarlarının hamısı üçün baza 2018-ci ilin oktyabr ayı, Sırf Rusiya və Səudiyyə Ərəbistanı üçün isə gündəlik 11 milyon barel səviyyəsi götürülür. Göstəricilərdə kondensat olmadan yalnız neftin səviyyəsi nəzərə alınır.

Son xəbərlər

Orphus sistemi