Rusiya energetika naziri: "Türk axını" layihəsinin həyata keçirilməsi cəlbedici olmağa başlayır"

Rusiya energetika naziri: "Türk axını" layihəsinin həyata keçirilməsi cəlbedici olmağa başlayır" Novak: "Qazın Ukraynadan tranzit keçid dəyərinin yüksəlməsinə görə, "Türk axını" daha cəlbedici olmağa başlayır"
Energetika
29 İyul , 2016 09:45
Rusiya energetika naziri: Türk axını layihəsinin həyata keçirilməsi cəlbedici olmağa başlayır

Bakı. 29 iyul. REPORT.AZ/ "Qazın Ukraynadan tranzit keçid dəyərinin yüksəlməsinə görə, "Türk axını" layihəsinin həyata keçirilməsi cəlbedici olmağa başlayır".

"Report" xəbər verir ki, bu sözləri Rusiya energetika naziri Aleksandr Novak "Rossiya 24" telekanalının efirində deyib.

"Əlbəttə, ukraynalı həmkarlarımızın dediyi kimi, tranzitin dəyəri aratarsa, bu, nəqliyyat xərclərinin, yekun olaraq isə Türkiyə istehlakçıları üçün qazın qiymətinin artması anlamına gələcək. Bu səbəbdən Türkiyə qazın birbaşa ölkəyə təchizatında maraqlıdır", - deyə A.Novak bildirib.

Nazirin sözlərinə görə, layihə çərçivəsində Türkiyə istehlakçılarını illik 15,75 milyard kubmetr həcmdə qazla təchiz edəcək boru kəmərinin ən azı bir şaxəsi inşa olunmalıdır.

Daha əvvəl Rusiya və Türkiyənin "Türk axını" layihəsinin həyata keçirilməsi üzrə dialoqu bərpa etdiyi bildirilirdi.

Son xəbərlər

Orphus sistemi